"Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Sadio Tounkara zədəsini sağaldıb.
Vətəninfo.az-ın apasport.az-a istinadla məlumatına görə, malili futbolçu artıq məşqlərə başlayıb.
Ötən mövsümün sonlarında diz bağlarından zədələnən Tounkara mayın əvvəllərində Türkiyədə cərrahiyyə əməliyyatı keçirmişdi. Bu səbəbdən cari mövsümün ilk 5 turunu kənardan izləməklə kifayətlənən 23 yaşlı oyunçu artıq məşqçilər korpusunun ixtarındadı.
Bir neçə gündü kollektivlə birlikdə məşq edən Sadionun sentyabrın 27-də "Zirə” ilə VI tur matçında 4 ay yarımlıq həsrətə son qoyması gözlənilir. Baş məşqçi Yunis Hüseynovun qarşılaşmanın son 10-15 dəqiqəsində ona şans verməsi istisna deyil.
Qeyd edək ki, Tounkara ötən mövsüm Premyer Liqanın XXXII turu çərçivəsində "Bakı” ilə oyunda zədələnmişdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL