YAP Gənclər Birliyinin nümayəndə heyəti 17-20 avqust 2015ci il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi səfərdədirlər.
Vətəninfo.az - YAP Gənclər Birliyinin nümayəndə heyəti 17-20 avqust 2015ci il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi səfərdədirlər. Səfərin ilk günündə hakim partiyanın gənclər birliyinin nümayəndə heyəti bir sıra görüşlər keçirmişlər. Belə ki, onlar günün birinci yarısında 1999-cu il 17 avqust tarixində Marmarada baş verən zəlzələ nəticəsində həlak olmuş minlərlə insanın xatirəsinin anım tədbirinə qatılmışlar.
Daha sonra YAP Gənclər Birliyinin üzvləri Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının söz yazarı Mehmet Akif Ersoyun yaşayıb-yaratdığı ev muzeyini ziyarət etmiş, həmçinin ev muzeyinin qarşısında Mehmet Akif Ersoyun yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olmuşlar. Fotosərgi ilə tanışlıqdan sonra YAP Gənclərini müşayət edən Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Qollarının sədr müavini, Millət Vəkili Mahmut Sami Mallı bu cür səfərdən məmnun olduğunu bildirmişdir.YAP vəAKP gəncləri dəyirmi masa ətrafında prespektiv planlar və müştərək layihələr haqqında geniş diskussiyalar aparmışlar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL