Yardımlıda atışma olub - ÖZƏL

Yardımlıda atışma olub - ÖZƏL

Yardımlıda İran vətəndaşları ilə polis arasında atışma olub.

“Vətəninfo.az”a bu barədə yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, atışma rayonun Perinbel kəndində baş verib. Qaçaqmalçı olduqları ehtimal edilən İran vətəndaşları Perinbel kənd sakinlərindən birinə İrandan nə isə gətiriblər. Onlarda gecəgörmə cihazı da olub. Amma həmin cihaz vasitəsilə ərazidə polislərin olduğunu görəndən sonra, qaçaqmalçılar onlara atəş açıblar. Atışmada xəsarət alan olmayıb.
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə sorğumuza cavabında bildirdi ki, mayın 25- dən 26-a keçən gecə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları Perinbel kəndi ərazisində narkotiklərə qarşı mübarizə çərçivəsində reyd keçirərkən naməlum şəxslər onlara silahlı müqavimət göstərmiş, daha sonra qaranlıqda qaçaraq gözdən itmişlər. Hadisə yerində iki çantada hərəsində 7 kq-a yaxın tiryək və 8 kq-dan artıq həşiş olmaqla, ümumi çəkisi 15 kq-dan artıq narkotik vasitə tapılaraq götürülmüşdür.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az