Yəməndə ərəb dövlətlərinin qoşunları üsyançı husilərə qarşı keçirdikləri hərbi əməliyyatların başladığı dövrdən bəri ən ağır itkiyə məruz qalıb.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Marib əyalətində yerləşən hərbi bazaya endirilən raket zərbəsi nəticəsində Birləşmiş Ərəb Əmirliyinin və Bəhreynin 45 əsgəri həlak olub. İndiyədək ərəb qoşunlarının ümumi itkisi 7 nəfər təşkil edirdi.
Xatırladaq ki, Yəməndə hərbi münaqişə 2014-cü ilin sonlarında başlayıb. Münaqişənin bir tərəfində "Ənsar Allah" hərəkatından olan üsyançılar və ordunun keçmiş prezident Əli Salehə sadiq hissələri, digər tərəfdə isə hazırkı prezident Hadinin döyüşçüləri durur. Səudiyyə Ərəbistanının başçılığı ilə bir neçə ərəb dövləti Hadinin tərəfində çıxış edərək Yəmən ərazisindəki husi mövqelərinə hava zərbələri endirir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL