İstanbul Azərbaycan Kültür Evi bir çox ilkə imza atıb. Dərnək qeyri-hökümət təşkilatı olaraq çalışır, heç bir quruma bağlı deyil və heç bir partiyanın dəstəyini almır. Fəaliyyətlərimizin ana xətti Azərbaycan və Türkiyə arasında mədəni bağları möhkəmləndirmək və bu məqsədlə özünəməxsus yollardan istifadə etməkdir.
Budur, dərnək yenə bir ilkə imza atmağa hazırlaşır. Azərbaycan Kültür Evinin rəhbəri Hikmət ELPin təşəbbüsü ilə təşkil edilən növbəti fəaliyyət tariximiz və mədəniyyətimizin gələcəyi olan gənclərlə bağlıdır. Azərbaycan Cümhuriyyətinin 28 May 1918-ci ildə əldə etdiyi Müstəqillik münasibətilə bu müqəddəs günü yaşamaq və yaşada bilmək üçün gənclər üçün maraqlı yarışma olacaq. 28 sualdan ibarət olan “BİLGİ VƏ MUSİQİ ŞÖLƏNİ” yarışmasında gənclərin tarixi hafizəsi dəyərləndiriləcək, sonda qaliblər zəmanənin ən son texnologiyalarından hədiyyələr qazanacaqlar:
• 1-ci YER: Dizüstü bilgisayar (noutbook).
• 2-ci YER: Tablet bilgisayar.
• 3-cü YER: Cip telefonu (Android).
• Və yarışmaya qatılan digər iştirakçılara Azərbaycanla bağlı müxtəlif kitablar.
Amma gənclər tarixi-elmi mühitin ağırlığında darıxmayacaqlar, çünki onları həm də kiçik bir konsert gözləyir. Mükafatlar təqdim edildikdən sonra yarışma müziqi ilə davam edəcək.
YARIŞMANI TƏŞKİL EDƏN: Azərbaycan Kültür Evi
ÜNVAN: İstanbul, Avcılar, Barış Manco Kültür Mərkəzi
(Metrobüs dayanacağına 5 dəqiqə yürümə məsafəsində)
TARİX: 25 may 2014-cü il, saat 19.00
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR