Yevlaxda avtomil QƏZASI- Ölən və yaralananlar var
Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həyatını itirib.
Miq.az xəbər verir ki hadisə Yevlaxın Qaraməmmədli kəndində, İncəçayın üzərindən keçən körpüdə baş verib. Hadisə zamanı yüksək sürətlə hərəkət edən "Mitsubishi" minik avtomobili "Hundai" markalı yük maşını ilə toqquşub.
Hədisə yerində ölən şəxslərin kimliyi məlum olub.
Faktla bağlı araşdırma başladılıb.
Elgün Gəncimsoy,
Miq.az