Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları pərdə və plyonkalı avtomobillərə nəzarəti davam etdirir. Pərdə və jalüzlərdən qanunda nəzərdə tutulmayan qaydada istifadə edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilirlər.
Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, avtomobil qapılarında jalüzdən istifadəyə standartlara əsasən icazə verilir:
"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi standartlara əsasən, hava şəraitinin isti keçməsi ilə əlaqədar hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanan jalüzlərin vurulmasına icazə verilib.
Noyabrın 15-də isə "Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin tələbi öz qüvvəsini itirir”.
Polkovnikin sözlərinə görə, müəyyən edilən müddətdən sonra jalüzdən, eyni zamanda plyonkalardan istifadə edənlər qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaq.
İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.
Modern.az
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?