Qaradağ rayonunda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.
Vətəninfo.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı-Qazax yolunun 19-cu kilometrliyində 1973-cü il təvəllüdlü Rafiq Kamran oğlu Səfərəliyevin idarə etdiyi mikroavtobusla, 1954-cü il təvəllüdlü Ələddin Şamil oğlu Allahverdiyevin idarə etdiyi yük avtomobili toqquşub.
Qəza zamanı mikroavtobusda olan sərnişinlər - 2009-cu il təvəllüdlü Ağgül Tural qızı Ərşadlı və 1997-ci il təvəllüdlü Veys Abdulla oğluı Abdullayev hadisə yerində ölüblər.
Baş verən qəza ilə bağlı 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarını pozma , iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Qəzada xəsarət alan 14 nəfər isə KliniK Tibbi Mərkəzə (KTM) yerləşdirilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR