Vətəninfo.az xəbər verir ki, bu gün Bakının Səbail rayonunda sərnişin avtobusunun sürücüsü döyülüb. Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Azneft” dairəsində 65 saylı, 10 TG 044 dövlət nömrə nişanlı avtobusun sürücüsü, 1984-cü il təvəllüdlü Famil Cavid oğlu Umarov naməlum şəxs tərəfindən vəhşicəsinə döyülülb. Bu barədə Daxili İşlər Nazirliyinin “102” xəttinə məlumat verilib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Döyülən sürücü xəstəxanaya aparılıb.
Hadisənin baş verməsinə gəlincə, “Xaliq Faiqoğlu” MMC-nin istismar öbəsinin rəisi İbrahim Quliyevin ANS PRESS-ə verdiyi məlumaat görə, hadisə yol üstündə baş verib. Belə ki, “Mercedes” markalı minik maşını yolda dönmək istəyərkən avtobus yoldan keçdiyi üçün ona mane olub. Sürücü də bundan əsəbləşərək maşını avtobusun qarşısında saxlayıb. Daha sonra maşından düşən naməlum kişi avtobus sürücüsünü dartıb çıxarıb çölə. Ona çoxsaylı şillə və təpik vurub.
Döyülən sürücü Famil Umarovun ANS PRESS-ə verdiyi məlumata görə, niyə döyüldüyünü anlamır. Çünki sürücü minik maşınının yolunu kəsməyib. “Qəflətən avtobusun qarşısını kəsdi və mənə hücum etdi. Guya mən ona yol verməmişəm. Amma yalan deyir, mən onu heç görməmişdim” – deyə Famil Umarov bildirib. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR