Yüksək rütbəli hərbçilərin adı və nədə ittiham olunduqları məlum olub
Azərbaycanda tutulan yüksək rütbəli hərbçilərin adı və nədə ittiham olunduqları məlum olub.
Vətəninfo.az xəbər verir ki, akı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə,
Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri - 1974-cü il təvəllüdlü
Seymur Sahib oğlu Ağayev və 1973-cü il təvəllüdlü
Ələsgər Mail oğlu Musayev Cinayət
Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup
şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma
şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü
Rövşən Mikayıl oğlu Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda
törədildikdə) maddələri ilə təqsirləndirilirlər. Onların hər biri
təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin
qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd
edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki,
inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol
verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi
rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış
materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilib.
Həmin materiallar
əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda
istintaq aparılır:
"Azərbaycan Respublikası Prezidenti, Ali
Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifədən, keçmiş xidmətlərindən
asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə
hər kəs qanun qarşısında məsuliyyət daşıyır”.