Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını dəstəkləyir.
Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Özbəkistan Azərbaycandakı səfirliyinin iqtisadiyyat və siyasət məsələləri üzrə müşaviri Cahangir Aminov Bakıda keçirilən brifinqdə deyib.
O bildirib ki, Dağlıq Qarabağ probleminin nizamlanması ölkənin gələcək inkişafı və tərəqqisinə imkan yaradacaq əsas amillərdən biri olmalıdır: "Bu məsələ ilə bağlı Özbəkistanın mövqeyi birmənalı və dəyişməz olaraq qalır. Biz həmişə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsini dəstəkləmişik və dəstəkləyirik. Bununla yanaşı, Özbəkistan tərəfi hesab edir ki, bu münaqişənin nizamlanmasının əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır”.
C.Aminov həmçinin qeyd edib ki, Özbəkistan Azərbaycanla əməkdaşlığın hərtərəfli genişlənməsinə prioritet əhəmiyyət verir və ölkəni Cənub Qafqazda əsas tərəfdaş hesab edir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL