Zəlzələdə uçqun altında qaldı - 17 il sonra sağ tapıldı + FOTOLAR
1997-ci ildə daş kömür şaxtasında baş verən uçqun zamanı orada qalan şaxtaçılardan biri torpağın altından sağ tapılıb.
1997-ci ildə ÇXR-in Çinçzyan əyalətində 7,8 bal gücündə baş verən zəlzələ nəticəsində kömür şaxtasının tunellərinin böyük bir hissəsi çöküb. 118 nəfər uçqun altında qalaraq həyatlarını itiriblər. Bu hadisədən sonra şaxta uzun müddət bağlanıb.
17 il keçəndən sonra təbii ehtiyatı yenidən çıxarmaq qərarına gəliblər. Köhnə şaxtada təmizləmə işləri aparan şaxtaçılar gözlərinə inanmayıblar. Onlar torpağın altından canlı insan tapıblar.
Tapılan şəxs 59 yaşlı şaxtaçı Çan Bey olub. O çox açınacaqlı vəziyətdə olub. Fiziki və psixoloji durumunu müəyyən etmək üçün onu klinikaya yerləşdiriblər. Uçqun altında onun uzun illər sağ qalmasına səbəb ventilyasiya kanalının qismən açıq olması və şaxtada qəza vəziyyətləri üçün nəzərdə tutulmuş düyü və su ehtiyatının olması olub. Çan Bey onu xilas edəcəklərindən ümidini üzəndən sonra bu ehtiyatlardan qənaətlə istifadə edərək 17 il yaşaya bilib. O hərdənbir tapdığı siçovul və mamırla həm də qida rasionunu vitaminlə təmin edə bilib. Mənbənin verdiyi xəbərə görə, bu hadisə insanın torpaq altda qaldığı ən uzun müddət kimi rekordlar kitabına düşüb.
Məsələ ondadır ki, şaxtaçının tapılmasından bu qədər vaxt keçəndən sonra hadisənin sosial şəbəkələrə ayaq açması internet istifadəçilərində sual yaradıb və onları hadisənin doğru və ya qondarma olması barədə düşünməyə vadar edib. Bəzi istifadəçilər hətta foto şəkillərin şaxtaçıya aid olmadığını, İkinci Dünya Muharibəsi vaxtı Yaponiyada çəkildiyini iddia edirlər./BakıPost.az/
Miq.az