Müharibə qızışır, raketlər işə düşdü-Hərbi-nəqliyyat təyyarəsi atəşə tutuldu
Rusiya tərəfi An-26 təyyarəsinin atəşə tutulmasını təkzib edir.
Ukraynanın şərqi Donbasda vəziyyət getdikcə gərginləşir. Bu gün Ukraynanın şərqi Donbasda Ukrayna ordusu ilə separatçılar arasında yenidən atışma olub.
Məlumata görə, atışma nəticəsində iki hərbçi ölüb, daha altısı yaralanıb.
Ötən gün anti-terror əməliyyatı zonasında vəziyyətin gərginləşməsi nəticəsində Ukraynanın 1 hərbçisi ölüb, 18-i yaralanıb.
Bundan başqa, Rusiya KİV-də məlumat yayılıb ki, Ukrayna ordusu "Buk” zenit-raket kompleksindən istifadə edib.
Xəbərə görə, Qara dəniz üzərində təlim uçuşları keçirən An-26 hərbi-nəqliyyat təyyarəsi Rusiyaya məxsus qazma qurğusundan atəşə tutulub. Rəsmi Kiyev bu barədə açıqlama verib.
Rusiyanın Qara dəniz donanmasının qərargahı isə bildirib ki, Ukraynaya aid An-26 hərbi-nəqliyyat təyyarəsi "Tavrida” və "Krım-1” qazma qurğularının üzərində hədsiz aşağı hündürlükdə uçaraq təxribatçı manevrlər edib.
Digər məlumata görə, Ukrayna ordusu Donetsk vilayətinin Makeyevka şəhəri üzərində atəşkəsin monitorinqini aparan ATƏT pilotsuz təyyarəsinə "Buk” zenit-raket kompleksindən atəş açıb.
Təyyarənin vurulduğu, raketin qalıqlarının Makeyevka ətrafına düşdüyü bildirilir. Kiyev bu məlumatı şərh etmir. Donetsk vilayəti ətrafında yanvarın 29-dan başlayan şiddətli döyüşlər zamanı rusiyameylli separatçılar və Ukrayna ordusu ciddi itkilər verir.
Son məlumatlara görə, Donbasda münaqişə tərəfləri fevralın 5-dək ağır silahları geri çağırmağa razılaşıblar.
Martin Saydik
ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bildirib ki, Ukrayna üzrə təmas qrupunun son bəyanatında atəşkəsin pozulmasına görə hər hansı sanksiya nəzərdə tutulmayıb
Onun sözlərinə görə, təmas qrupunun iclasında əsas mövzu təhlükəsizliyin bərpası olub.
Bundan əvvəl Minskdə keçirilən görüşdə Ukrayna üzrə təmas qrupu tərəfləri fevralın 5-dək silahları geri çəkməyə çağırıb./İstiPress/
Miq.Az