"Özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir..."
"Həmişə bir-birimizə can atırıq” -İlham Əliyevin xanımı haqda düşüncələri
Vətəninfo.az xəbər verir ki, bu fikirlər ölkə prezidenti İlham Əliyevin xanımı, ölkəmizin birinci ledisi Mehriban xanım Əliyeva haqqında səsləndirilib.
"Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir... Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi.... Axşam evimin kandarından içəri keçəndə, əgər heç bir fövqəladə hadisə, zəng yoxdursa, bütünlüklə, tamam başqa mühitə - onilliklər boyu olduğum ailə həyatı mühitinə düşürəm. Biz axşamlar, yaxud bazar günü vaxtımızı evdə keçirməyi hər şeydən çox xoşlayırıq. Bizim üçün bu, vaxt keçirməyin ən yaxşı yoludur... Onun ictimai yükü çox böyükdür. Hətta birinci xanımın funksiyaları da - protokol tədbirləri və s. çox böyük yük tələb edir. Bütün bunlar onu sevimli məşğuliyyətlərindən, evdə, uşaqların və nəvələrin əhatəsində olmaq, sadəcə divanda əyləşmək və söhbət etmək, adi ömür sürmək imkanından ayırır. Lakin, belə deyək, bizim bir yerdə olmadığımız hallar il ərzində çox olmur. Biz həmişə bir-birimizə can atırıq, yanaşı olmaq istəyirik.".
Fatimə Mövsüm
Vətəninfo.az