Vətəninfo.az xəbər verir ki, "Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, əvvəlcədən heç bir xəbərdarlıq olunmadan əraziyə gələn şəxslər ağır texnika ilə hasarı uçurub, tikilməkdə olan evi də sökmək istəyib: "Ceyranbatan bağları 8-ci məhəllədə 340-cı yer mənə atamdan miras qalıb. Sənədləri də tam olan bu 6 sot torpaq 1979-cu ildə atama verilib. 5 ildir ki, mən bu ərazidə ev tikmək istəyirəm və İcra hakimiyyətinə müraciət etmişəm. Bu gün ustalar xəbər verdi ki, buldozer gəlib hasarı dağıdıb, evi də dağıtmaq istəyir. Tez həmin əraziyə getdim, 20-ə yaxın adam olardı. Sumqayıt şəhər İcra hakimiyyətinin Arxitektura və şəhərsalma idarəsinin əməkdaşları olduğunu dedilər. Mən də sənədlərimi göstərdim. ll qrup Qarabağ əliliyəm. Bu torpağa canımı, qanımı vermişəm, əlillik sənədimə deyir ki, bu heç. Mənə sökmək üçün heç bir sənəd göstərmirlər, bircə deyirlər ki, burada ev tikə bilməzsən. Deyir, qanunda belədir, ancaq mənə qanunu göstərmir. Ətrafdakı bütün ərazilərdə evlər tikilib. Xəritəçəkmədən bütün sənədlərim var. Əgər ev tikmək olmazsa, mənə möhürlü qanuna uyğun bir sənəd versinlər, mən də səbəbini bilim.



Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE
Erkin Qədirli: “Demoqrafik artıma təsir edən əsas amillər uşaq pulu deyil”
Deputat mühacirlərdən danışdı: “Dövlətimiz nəyi, nə zaman və hansı formada etməyin məqsədəuyğun olduğunu yaxşı bilir”
Natiq Cəfərli: Ödənişli yolların idarə olunması və maliyyələşdirilməsi ilə bağlı suallar cavablandırılmalıdır
Hüseyn Abdullayevin anası müraciət yaydı: “İmtina edirəm”
Azərbaycana turist axını niyə zəifləyir? - Deputat səbəbləri açıqladı
Azərbaycanda yeni vəziyyət: uşaqpulu bu formada verilə bilər – Detallar
Uşaqlarımızın saf gülüşünün və işıqlı gələcəyinin qorunması hər birimizin borcudur
Azərbaycanda yeni vəziyyət: uşaqpulu bu formada verilə bilər – Detallar
Natiq Cəfərli: Ödənişli yolların idarə olunması və maliyyələşdirilməsi ilə bağlı suallar cavablandırılmalıdır
Tahir Kərimli: "LGBT deyilən murdarlıq xəstəlik deyil, pozğunluqdur, əxlaqsızlıqdır"