İlahiyyat məscidi ilə bağlı ŞOK-İDDİA
Vətəninfo.az-ın electron ünvanına daxil olan məlumatda iddia edilir ki, Gürcüstan vətəndaşı Mülkədar Hacıyev İlahiyyat məscidində cümə günü vaz oxuyur və məscidin qeyri rəsmi imamlıq edir. Məlumatda vurğulanır ki,qanuna görə xarici vətəndaşın dinu təbliğatla məşğul olması qadağandır və bu qadağaları bilən məscid əhli ilə Mülkədar Hacıyev arasında keçən cümə məsciddə skandal baş verib. Məlumatda o da iddia edilir ki, Mülkədar Hacıyev Gürcüstanda rəsmi nikahlı həyat yoldaşından əlavə Bakıda 3 qeyri rəsmi arvad saxlaylır.Arvadlar sonda məsələdən agah olublar ki,Mülkədar Hacıyev hamısını idarə edirmiş.Elektron ünvanımıza daxil olan məlumatda oda vurğulanır ki, Cünə günü dörd arvad toplaşmış və Mülkədar Hacıyevin otağında üzləşmə baş verib.Bu hadisədən sonra isə Cüməyə gələn dindarların çoxu məscidi tərk ediblər.Onun dörd arvadı üzləşmə zamanı, söyüşlər,saç didmələr və sairə çirkin əməllər baş verib.Məscid camaatı QMİ-nin məsələyə müdaxilə etməsini və elə imanın arxasında namaz qllmayacaqlarını qeyd edirlər. Məlumatda deyilir ki,sonradan dindarlar araşdırma aparıblar məlum olub ki, mülkədar Hacıyev QMİ-nin müftisi Hacı Salmanın qohumu imiş.
Redaksiyadan: Yuxarıda səsləndirilən fikirlər, daxil olan məlumatda iddia edildiyindən, məlumatda adı hallanan M.Hacıyevində mövqeini dərc etməyə hazırıq.
Vətəninfo.az