Azərbaycanlı kredit oliqarxının qızı öz milyonlarını göstərdi
Vətəninfo.az Haqqin.az-a istinadla verdiyi məlumata görə, bir neçə ay öncə başlayan
Azərbaycan "kredit oliqarxları" işi üzrə qalmaqalın əsas
fiqurantlarından sayılan Nizami və Nasib Piriyevlərin (ata və oğul)
Azərbaycan Beynəlxalq Bankından (ABB) götürdükləri kreditlərin hara
xərcləndiyi məlum olub. ABB-yə 170 milyon dollar borcu olan Nizami
Piriyev bir gün əvvəl İnterpola axtarışa verilib.
Instagram-da
Fərəh Nəsibova və Rubin Əsədova niklərini izləmək hər şeyi anlamağa
kifayət edir. Fərəh Nizami Piriyevin qızı, Londonda qaçıb gizlənmiş
Nəsimi Piriyevin isə doğmaca bacısıdır. Rubin Əsədova isə Nizami
Piriyevin arvadının qardaşı Namiq Əsədovun qızıdır.
Kredit
oliqarxlarının qızları sosial şəbəkələrdə lüks həyatlarını, bahalı
çantalarını və brilyant daş-qaşlarını nümayiş etdirirlər. Amma hansı
pula? Ata və oğul barəsində rəsmən irəli sürülmüş ittihamlardan sonra bu
pulların Beynəlxalq Bankdan götürülən kreditlər olduğunu anlamaq olar.
Beynəlxal Bankın vergi ödəyicilərinin və əmanətçilərin pulu belə xərclənir.