14 ölkə Avropa çempionatından kənarlaşdırıldı

14 ölkə Avropa çempionatından kənarlaşdırıldı
Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) 14 ölkəni 2017-ci il Avropa çempionatından kənarlaşdırıb.

Miq.az reporta istinadən xəbər verir ki, bunlar Rusiya, Serbiya, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro, İspaniya, Türkiyə, Litva, Yunanıstan, İtaliya, İsrail, Makedoniya və Polşadır.

Səbəb kimi həmin ölkələrin klublarının Avropa Basketbol Liqaları Birliyinin (ULEB) keçirdiyi Avroliqa və Avropa Kuboku turnirlərində iştirakları göstərilib. FİBA onların öz bayrağı altında keçirilən Çempionlar Liqasına qatılmalarını istəyir.

Qərara əsasən, bu ölkələr 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından da kənarda qalacaq. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az