15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi başlandı

15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi başlandı
Xəbər verdiyimiz kimi, Ağcabədidə 15 yaşlı qız övlad dünyaya gətirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, faktla bağlı Ağcabədi RPŞ-də müvafiq araşdırmalara başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb. 
 
Qeyd edək ki, 15 yaşlı S.İ 24 yaşlı Sadiq Cəfərovla evli olub. S.Cəfərovun anasının vəziyyətinin ağır olmasına və tez vəfat etməsinə görə qızı 14 yaşında ailə həyatı qurmağa məcbur ediblər.
 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az