Nicat Quliyevin özünü güllələməsi ilə bağlı yeni İDDİA

Nicat Quliyevin özünü güllələməsi ilə bağlı yeni İDDİA
Dekabrın 8-də paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı Nicat Quliyevlə bağlı yeni iddialar var.

Miq.az bildirir ki, "Yeni Sabah”ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Nicat Quliyev bir neçə il öncə psixiatrik xəstəxanalardan birində uzun müddət müalicə alıb.

Mərhumun xeyli miqdarda borcunun olduğu da iddia olunur. N.Quliyevin məhz bu səbəbdən intihar etməsi ehtimalı irəli sürülür.

Onun barəsində hələlik bir çox təfərrüatlar naməlumdur.

Xatırladaq ki, qətl hadisəsi dünən gecə "Neftçilər” metrosu yaxınlığında evlərdən birində baş verib.

Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mərhumun anası Mətanət Quliyeva AMEA prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az