Azərbaycanda bir ailənin 4 üzvü öldürüldü - Şok təfərrüat

Azərbaycanda bir ailənin 4 üzvü öldürüldü - Şok təfərrüat

Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirilməsi hadisəsinin bəzi yeni təfərrüatı və hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub.

Miq.Az Report-a istinadən xəbər verir ki, F.Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, ailələr arasında 2010-cu ildən ədavət olub.

Belə ki, F.Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ailələr arasında münasibətlə daha da pisləşib.

Dekabrın 2-də F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

Hazırda istintaq davam edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az