Bakıda dava - DSX-nin zabiti döyüldü

Bakıda dava - DSX-nin zabiti döyüldü

Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.
Miq.Az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, "Koala” parkının qarşısında sürücülər bir-birinə yol vermədiklərinə görə mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib.
Nəticədə 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu küt alətlə döyülüb. O, xəstəxananın neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.
Onun yaxınları bildiriblər ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və "Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az