Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq edən şəxs SAXLANILDI

Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq edən şəxs SAXLANILDI

Bakıda məktəbli qız cinsi qısnamaya məruz qalıb.
Miq.Az xəbər verir ki, bu barədə avtosfer.az-a məktəblinin atası məlumat verib.
Ata bildirib ki, 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib: "Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı zəng edib, tez özünü məktəbə çatdır. Mən məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb. Həmin şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə yaxasını açaraq onu cinsi qısnamaya məruz qoyub”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, cinsi qısnama faktı təsdiqini tapıb:
"Artıq həmin şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az