17 yaşlı qız anasını öldürdü - AZƏRBAYCANDA

17 yaşlı qız anasını öldürdü - AZƏRBAYCANDA

Hacıqabulda bir müddət əvvəl qızı tərəfindən döyülən 52 yaşlı qadın ölüb.
Miq.az xəbər verir ki, Hacıqabul rayonu Meyniman kənd sakini, 1964-cü il təvəllüdlü Təranə Ağasəlim qızı Babayeva bir müddət əvvəl 17 yaşlı qızı Ağacanlı Səadət Səxavət qızı tərəfindən döyülərək ağır xəsarətlər alıb.
T. Babayevanın aldığı xəsarətlərdən ötən gecə qardaşının evində öldüyü qeyd edilir. Hazırda meyit müayinə edilmək üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib.
Ölən qadının qardaşı Günəş Həsənov iddia edir ki, bacısı qızı tərəfindən döyülmə nəticəsində ölüb. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.
Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az