18 ton bal yararsız çıxdı

18 ton bal yararsız çıxdı
 Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakıda təşkil olunan Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına 18 ton yararsız bal buraxılmayıb.

 Vətəninfo.az-ın APA-ya istinadən məlumatına görə, yarmarkaya gətirilən arıçılıq məhsulları müvafiq laborator yoxlamadan keçirilib: "Laborator yoxlamalar nəticəsində məlum olub ki, 18 ton bal yararsızdır və müvafiq standartlara cavab vermir".

 Bundan başqa, bildirilir ki, yararsız arıçılıq məhsullarının əksəriyyəti cənub bölgədən gətirilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az