Hava haqqında

Hava haqqında
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-30, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Tibbi –meteoroloji proqnoz
Avqustun 29-31-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az