Cəbhədə gərginlik davam edir
Vətəninfo.az - Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan,
qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə
sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində
yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən
mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt,
Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Cəvahirli, Şıxlar, Xocavənd
rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş
zərbəsi endirib.