“Azəriqaz”dan qaz limiti ilə bağlı – AÇIQLAMA

“Azəriqaz”dan qaz limiti ilə bağlı – AÇIQLAMA
2019-cu ilin yanvar ayının 1-də qaz sərfiyyatı ilə bağlı abonentlərə yeni limit veriləcək.

Bunu "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
Onun sözlərinə görə, yanvarın birindən abonentlərə yeni limit veriləcək:
"İllik istehlak həcminin 1700 kubmetri 10 qəpik tariflə, yəni 170 manat, 1700 kubmetrdən çox olan hissəsinin hər kubmetri isə 20 qəpik tariflə hesablanacaq”.
Qeyd edək ki, bu, Tarif Şurasının 22 dekabr 2016-cı il, 19 nömrəli qərarına əsasən tətbiq olunur.//Oxu.az
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az