3 uşaq atası faciəvi şəkildə öldü - Bərdədə
Bərdə rayonunda bədbəxt hadisə baş verib.
Hadisə dünən Bərdə rayonunda baş verib. 1976-cı il təvəllüdlü Məmmədov Ceyhun İsa oğlu yaşadığı evin həyətindəki mal-qara tövləsində işləyərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
3 uşaq atası olan Ceyhun Məmmədov Ağdam rayonundan məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşıbmış.
Ailəsi onun cansız bədənini hadisədən 1 saat sonra tapıb.
Mərhumun anası Ətrabə Məmmədova Beynəlxalq Qızıl Xaç Komitəsində Qaçqın və məcburi köçkünlərin, həmçinin itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardım üzrə ekspertdir.
Miq.az