“35 amerikalı diplomat Rusiyadan qovulur”

“35 amerikalı diplomat Rusiyadan qovulur”
Rusiya 35 amerikalı diplomatı arzuolunmaz şəxs etmək niyyətindədir. Onlardan 31-i Moskvadakı səfirliyin, dördü isə Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşıdır

Miq.az  azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. 

"Təbii ki, biz bunu cavabsiz qoyamayacağıq. Qarşılıqlı addımlar diplomatiyanın və beynəlxalq münasibətlərin qanunudur. Ona görə də Rusiya XİN-i digər nazirliklərlə birgə 35 amerikalı diplomatın personan non-qrata edilməsi ilə bağlı Rusiya prezidentinə müraciət edib", - deyə Lavrov vurğulayıb. 

Rusiya XİN rəhbəri, həmçinin əlavə edib ki, amerikalılara onların Serebryannı Borudakı bağ evləri və Dorojnayadakı küçəsindəki anbardan istifadəsinin də qadağan olunması təklif olunub: "Bu təfliklərinən operativ qaydada nəzərdən keçiriləciyinə ümid edirik".
 

Miq.az  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az