“44 günlük müharibə nəticəsində 243 erməni..." - Paşinyan açıqladı

“44 günlük müharibə nəticəsində 243 erməni...

"44 günlük müharibə zamanı itkin düşənlərin sayı 243 nəfərdir. Bu gündən etibarən onların harada olduğu bilinmir”.

Miq.Az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında "Ermənistan” fraksiyasının deputatı E. Vardanyanın sualına cavabında bildirib.

Nikol Paşinyan özündən əvvəlki hakimiyyəti üstüörtülü yada salaraq deyib ki, I Qarabağ müharibəsi zamanı 200-ə yaxın erməni hələ də itkin düşmüş hesab olunur.

Məlumat üçün deyək ki, iyunun 18-də seçkiqabağı debatlar zamanı Nikol Paşinyan 44 günlük müharibə nəticəsində 268 nəfərin itkin düşdüyünü bildirmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az