Vətəninfo.az xəbər verir ki, bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 67,3 min, yaxud hər gün orta hesabla 445 körpə doğulub. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.
Bütün ömür boyu uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir. İlin əvvəlindən ölkədə 24,4 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb. Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 30,9 min nikah və 5min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafiq olaraq 7,9 və 1,3) qalıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR