54 yaşlı kişini kafedə bıçaqladılar
Naməlum şəxslər ona 4 bıçaq xəsarəti yetirib
Paytaxtdakı kafelərin birində 54 yaşlı kişi bıçaqlanıb. Naməlum şəxslər ona baş və bədəninin müxtəlif hissələrinə 4 bıçaq xəsarəti yetirib.
Sabunçu Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.
Nəticədə 54 yaşlı Əsfər Cümşüdov tanımadığı şəxslərin hücumuna məruz qalıb. Yaralı Ə.Cümşüdov hadisə şahidləri tərəfindən xəstəxananaya çatdırılıb və cərrahi əməliyyat olunub.
Hazırda faktla bağlı istintaq araşdırmaları aparılır.
Miq.Az