Pakistanın daxili işlər naziri bu ölkənin paytaxtı İslamabadda və ona yaxın Ravalpindi şəhərindəki bordellərdə məskən salmış, Azərbaycan və bəzi digər keçmiş sovet respublikalarından olan qadınlara qarşı xüsusi reydlərə göstəriş verib.
Vətəninfo.az Virtualaz.org-a istinadla xəbər verir ki, nazir Çaudri Nisar Əli Xanın göstərişi ilə 3 yüngül əxlaqlı qadın ölkədən deportasiya edilib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, nazir həmçinin Ravalpindi və İslamabad şəhərlərindəki bordellərin sahiblərinə və onları işlədənlərə qarşı xüsusi tədbirlər görülməsinə dair müvafiq orqanlara müraciət edib.
Məlumata görə, Pakistandan deportasiya edilən qadınlar bu ölkədə vizasız və pasportsuz yaşayıblar. Nazir son günlər keçirilən reydlərdə həbs edilən digər qadınların da dərhal deportasiya edilməsinə dair göstəriş verib.

Pakistan Daxili İşlər Nazirliyinin son günlər keçirdiyi reydlər zamanı Azərbaycandan olan 9 qadın saxlanılıb. Onları deportasiya etmək üçün xüsusi təcridxanada saxlayırlar. Pakistan Daxili İşlər Nazirliyi həmçinin Azərbaycandan olan qadınların bu ölkədə aparılaraq cinsi istismara məruz qoyulmasını təşkil edən şəbəkənin aşkara çıxarılması üçün istintaq aparır.
Xatırladaq ki, bir neçə gün əvvəl Pakistan polisi İslamabaddakı reydlərin birində fahişəliklə məşğul olan iki azərbaycanlı qadını saxlamışdı. Ancaq qadınlardan biri məhkəməyə aparılarkən polisin gözündən yayınmış və qaça bilmişdi.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri