Növbəti tədris ili üçün ali məktəblərə tələbə qəbulu zamanı texniki və texnoloji, təbiət ixtisas qrupuna aid olan ixtisaslara bal məhdudiyyətinin qoyulacağı gözlənilir.
VİZUAL.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Trend-ə açıqlamasında deyib.
Aparat rəhbərinin müavini qeyd edib ki, ötən il ilk dəfə olaraq, bütün ixtisaslar üzrə müsabiqəyə buraxılma üçün 200 bal məhdudiyyəti qoyulmuşdu. I ixtisas qrupunun 6 müxtəlif ixtisasına isə 250-300 bal məhdudiyyəti tətbiq edilmişdi: "Texniki və texnoloji ixtisaslar qrupuna, təbiət ixtisas qrupuna aid olan bəzi ixtisaslar ölkə üçün prioritet olduğundan onlara bal məhdudiyyətinin qoyulacağı gözlənilir. Amma bu ixtisaslar hələ müəyyənləşdirilməyib. Həmin ixtisaslar müəyyənləşdiriləcək və onların bal məhdudiyyəti dəyişəcək”.
Y.Piriyev deyib ki, bal məhdudiyyətinin nə qədər olacağı qəbulun nəticələri müzakirə edildikdən sonra müəyyənləşdiriləcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL