"Hər 100 qız Nardaran sakini məktəbə gedirsə, onun 10 nəfəri 11-ci sinfə gəlib çatır”.
VİZUAL.az Trend-ə istinadən xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
M.Abbaszadə qeyd edib ki, ölkədə 1998-99-cu ildə anadan olan 125 mindən çox uşaq 2004-cü ildə 1-ci sinfə gedib: "Lakin 9 ildən sonra buraxılış imtahanı verərkən onların 3,5 faizi 9-cu sinfədək oxumayıb. Bu, o deməkdir ki, 4500-dən çox uşaq icbari təhsil almayıb. Ölkə üzrə bu rəqəm elə də böyük deyil. Amma həmin uşaqların yalnız 600-ü oğlan, qalan 85 faizi - 3000-dən çoxu qızdır. İcbari təhsildən kənarlaşdırmanın səbəbləri müxtəlif ola bilər, amma bu rəqəmlər oğlan və qızlar arasında təqribən eyni olmalıdır. Əgər 600 oğlan icbari təhsil almayıbsa, təxminən də o qədər qız icbari təhsil almasaydı, bu, təbii amil kimi qəbul oluna bilərdi. Amma biz görürük ki, 3500-dən çox qız icbari təhsil almayıb, onların erkən nikaha daxil olma riski var. Biz problemləri daha çox regionlarda görürük".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL