ABŞ-da yaşayan azərbaycanlılara xəbərdarlıq FOTO

ABŞ-da yaşayan azərbaycanlılara xəbərdarlıq FOTO
Qasırğaya görə qaynar xətt yaradılıb
Azərbaycanın Amerikadakı səfirliyi bu ölkəni cənginə alan, xüsusilə Texas ştatında dağıdıcı nəticələrə yol açan "Harvi" qasırğası ilə bağlı xəbərdarlıq edib. İstiPress-in məlumatına görə, Texas ştatında yaranmış fövqəladə vəziyyətlə bağlı Azərbaycan Respublikasınının ABŞ-dakı səfirliyində qaynar xətt yaradılıb. Səfirliyin saytında yayılan müraciətdə deyilir:
"Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!
ABŞ-ın Texas ştatında Harvey qasırğası ilə əlaqədar yaranmış fövqəladə vəziyyətlə bağlı Azərbaycan Respublikasınının ABŞ-dakı Səfirliyində qaynar xətt fəaliyyət göstərir.
Tel. +12028200987
Email. [email protected]
Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyyə olunur. Təbii fəlakət zonasında olan vətəndaşlarımızdan yerli dövlət qurumlarının təlimatlarına riayət etmələrini və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinin aşağıdakı telefon nömrələrinə zəng etmələri xahiş olunur.
If you need help, call 311 if you're inside the city of Houston and 211 if you are outside the city.
Rescue ops in #Houston: Call 281-464-(4851)(4852)(4853)(4854)(4855). Get on roofs. Mark locl w/SOS"




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az