ABŞ Moskva qarşısında ŞƏRT QOYDU

ABŞ Moskva qarşısında ŞƏRT QOYDU
"Rusiyanın G7-nin ("Böyük yeddilik”) tərkibinə qayıdışı Minsk razılaşmalarının icrası və Ukraynanın ərazi bütövlüyünün bərpası olmadan mümkün deyil”.

Publika.az "Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Romadan Brüsselə uçuş zamanı "Air Force One” təyyarəsində jurnalistlərlə söhbət zamanı deyib.
"Rusiya Ukraynadakı vəziyyətə görə G7-dən çıxarılıb. Buna görə də düşünürəm ki, Rusiya ora yenidən daxil olması üçün Ukraynadakı vəziyyətlə məşğul olmalıdır”, - ABŞ xarici siyasət idarəsinin başçısı bildirib.
Xatırladaq ki, Rusiya Krımın ilhaqına cavab olaraq 2014-cü ilin martında G8-dən kənarlaşdırılıb.
 
Aktual.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az