ABŞ müdafiə naziri İranı dünyada terrorizmin sponsoru adlandırdı

ABŞ müdafiə naziri İranı dünyada terrorizmin sponsoru adlandırdı

İran dünyada terrorizmin əsas sponsorudur.

TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis bəyan edib.

"İran probleminə gəldikdə, bu ölkə dünyada terrorizmin əsas sponsorudur”, - deyə C.Mattis bildirib.

Yaponiyada səfərdə olan Ceyms Mattis bu ölkənin müdafiə naziri Tomomi İnada ilə görüşüb.

Yanvarın 21-də ABŞ prezidenti Donald Trampın fərmanı ilə müdafiə naziri postuna təyin edilən 66 yaşlı general C.Mattis 1991-ci ildə Fars körfəzində, daha sonra Əfqanıstanda, 2003-cü ildə isə İraqda əməliyyatlarda diviziyaya komandanlıq edib. Onun son xidmət yeri ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə mərkəzi komandanlığı olub.

Qeyd edək ki, fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Sanksiyaların tətbiqi İranın ballistik raket proqramı və "Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlıdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az