ABŞ-Rusiya savaşı zamanı mümkün itki sayı hesablandı - İlk saatlardaca 90 milyon nəfər!..

ABŞ-Rusiya savaşı zamanı mümkün itki sayı hesablandı - İlk saatlardaca 90 milyon nəfər!..

Amerikada Rusiya ilə müharibə vəziyyətində qurban sayı hesablanıb. 
 
Miq.Az Rusiya mediasına istinadla xəbər verir ki,  belə bir araşdırma Prinston Universitetinin əməkdaşları tərəfindən aparılıb.
 
Tədqiqat zamanı nüvə qüvvələrinin bütün real mövqeləri, hədəfləri,  müxtəlif obyektlərin yeri, vurulacaq ərazilərin əhalisi  və s. təsvir edilib. Nəticədə mütəxəssislər ilk saatlarda qurban sayının 90 milyon insana çatacağını hesablayıb.
 
Layihə müəllifləri eksperimentin məqsədinin ABŞ və Rusiya Federasiyası arasında nüvə müharibəsi baş verəcəyi təqdirdə nəticələrin nə qədər fəlakətli olacağını göstərmək olduğunu bildiriblər. Bu minvalla Prinston Universitetinin tədqiqatçıları tərəfindən Rusiya ilə ABŞ arasındakı hərbi qarşıdurmanın simulyasiya modeli hazırlanıb.
 
Amerikalı tədqiqatçılar  həyata keçirilmiş modellərin sayı və digər mümkün ssenarilər barədə məlumat verməyiblər.(moderator.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az