Abşeronda güllə səsləri- Gecə qətli

Abşeronda güllə səsləri-  Gecə qətli

Abşeron rayon sakini güllələnərək qətlə yetirilib.
"Report” un məlumatına görə, hadisə Qobu qəsəbəsində baş verib.
Məlumata görə, gecə saatlarında Qobu qəsəbəsində yaşayan 1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlu naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb.
Hadisə 90 SX 740 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser” markalı avtomobilin yaxınlığında baş verib.
Odlu silahdan açılan atəş avtomobilə də zərər vurub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az