Asifin, ya toyuqlar, ya da pul təkidi sonda qohumları üz-üzə qoyub
Abşeronda qohumların borc üstündə düşən davası qətillə nəticələnib. Vətəninfo.az ANS TV-ə istinadən xəbər verir ki, Novxanı qəsəbəsində qeydə alınan hadisə zamanı qəsəbə sakini 24 yaşlı Yusifov Vüqar İsmayil oğlu qohumları Asif və Vasif Məmmədovlar qardaşları ilə mübahisə edib. Tərəflərin mübahisəsi sonda davaya çevrilib ki, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayit Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, Vasif Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəblərinə gəlincə isə, Vüqar Asifdən evləri üçün nisyə bir neçə toyuq götürüb. Amma Asifin, ya toyuqlar, ya da pul təkidi sonda qohumları üz-üzə qoyub.
Saxlanılan şəxs Vüqar Yusifov: "Gəldim evə gördüm toyuqları aparıblar. Dedim ki, ya pulunu verəcəm, ya da toyuqları”.
Bunu görən Vüqar Yusifov məsələyə aydınlıq gətirmək üçün üz tutub qardaşların yanına. İsti qohumluq münasibətlərini soyudan toyuq söhbətinin sonu isə qanlı bitib.
Vüqar Yusifovun sözlərinə görə, üstümə gəldilər vurmaq istədilər, mən də özümü qorumaq üçün vurdım.
Evli və iki uşaq atası olan Vüqar hadisədən dərhal sonra Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Rayon Prokurorluğuna təhvil verilib. Hazırda qətlin dəqiq baş vermə səbəbləri araşdırılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR