Ağdamda ölmək Ermənistan əsgərinə lazımdırmı?!
Erməni gənclər Qarabağa getmək istəmir
Ermənistanda gənclər hərbi xidmətə getmək istəmirlər. Ermənistanda doğulan gənclər Qarabağda ölmək istəmirlər. Çünki onların Qarabağla heç bir bağlılığı yoxdur. Ağdamda ölmək Ermənistan əsgərinə lazımdırmı?! Əlbəttə yox.
2017-ci il yanvarın 1-nə olan məlumata görə, Ermənistanda 10741 nəfər hərbi xidmətdən yayındığı üçün barələrində axtarış elan edilib. Sonuncu belə fakt Pskov vilayətində qeydə alınıb. 28 yaşlı erməni heç bir sənədsiz-filan Latviyaya keçmək istəyib. Bu il Həştərxanda 700 miqrant saxlanılıb ki, onların arasında onlarla erməni var.
Demək olar ki, ölkədə 47 faiz gənc erməni vətənlərini tərk etməyi düşünür. Mən hər dəfə Ermənistana gedəndə ölkəni tərk edənləri görürəm. İnsanlar orada yaşamaq istəmirlər. Çünki Ermənistanda vəziyyət çox dözülməzdir”. Həqiqətən, düşmən ölkə həm siyasi, həm də iqtisadi böhranın girdabındadır. Ermənistanda sosial durum o qədər ağırlaşıb ki, heç bir erməni orada yaşamaq istəmir, ilk fürsətdə xarabaya çevrilmiş "vətənlərini” tərk edirlər. //İstipess.com
Miq.az