Netanyahu İrana meydan oxudu: Qəzza, Livan, Suriya “bitdi”…

Netanyahu İrana meydan oxudu: Qəzza, Livan, Suriya “bitdi”…
Suriya artıq o Suriya deyil; Livan artıq o Livan deyil, Qəzza artıq o Qəzza deyil və "oxlar”ın ("Müqavimət oxu” nəzərdə tutulur – red.) lideri İran da artıq o İran deyil.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı haqda danışarkən deyib.

Netanyahu Trampla danışığın "çox isti, çox dostcasına” keçdiyini və "İsrailin qələbəsinin tamamlanması baxımından” olduqca vacib məsələlərin müzakirə olunduğunu bildirib.

"Mən birmənalı olaraq Hizbullah və İrana deyirəm: Bizə zərər verməməyiniz üçün sizə qarşı lazım olduğu qədər, istənilən arenada, istənilən vaxt fəaliyyət göstərməyə davam edəcəyik”, - Baş nazir vurğulayıb


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az