Bayden İrana: İsrailə kömək edəcəyik!

Bayden İrana: İsrailə kömək edəcəyik!

"İran Suriyadakı səfirliyin konsulluq bölməsinə İsrailin bu yaxınlarda endirdiyi zərbəyə cavab olaraq hərbi güc tətbiq etmək niyyətinə düşsə, heç nəyə nail olmayacaq”.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Co Bayden çıxış edib.

O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: "Biz İsraili dəstəkləyəcəyik, İsrailin müdafiəsinə kömək edəcəyik. İran isə uğur qazana bilməyəcək”.

Eyni zamanda Amerika lideri Tehranı hazırkı vəziyyətdə güc tətbiq etməməyə çağırıb. İndi İrana hansı mesajı göndərmək istəyərsiniz sualına Bayden "bunu etmə” deyə cavab verib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az