Bir anda təhqirə keçdilər, Tramp qəzəbdən özünü itirdi - Həmin görüşün DETALLARI

Bir anda təhqirə keçdilər, Tramp qəzəbdən özünü itirdi - Həmin görüşün DETALLARI
ABŞ Prezidenti Donald Trampla NATO-nun Baş katibi Mark Rutte arasında keçirilən görüşün yeni detalları açıqlanıb.
SAVASHMEDİA.az "The Financial Times" nəşrinə istinadən xəbər verir ki, görüş çox gərgin keçib. 

Tramp qəzəbdən özünü itirib, əlini masaya çırpıb və Avropa ölkələrini hədələyib. "Politico” nəşri <a href="https://savashmedia.az/bir-anda-tenqire-kecdiler-tramp-qezebden-ozunu-itirdi-hemin-gorusun-detallari" target="_blank">isə</a> Avropa rəsmilərindən birinə istinadla yazıb ki, tərəflər bir-birini ittiham ediblər.

Tramp tez-tez əlini  çırparaq ayağa qalxıb və NATO-nu hədələyib. 

Nəşr xüsusilə qeyd edib ki, Tramp-Rutte görüşü qızğın müzakirədən bir anda təhqir selinə çevrilib. Xüsusilə Tramp Avropa ölkələrini sərt ifadələrlə təhqir edib. 

Rutte Trampın özünü ifadə tərzindən və təhqirlərindən sonra görüşdən narazı ayrılıb. Lakin buna baxmayaraq, əsəblərini cilovlayaraq, verdiyi müsahibədə Trampı anladığını, görüşün isə "səmimi və konstruktiv” keçdiyini bildirib.

Xatırladaq ki, Tramp-Rutte görüşü aprelin 8-də Ağ Evdə baş tutub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az