Bir müddət əvvəl ürəyindən əməliyyat olunan Musiqili Komediya Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə bağlı səhnədən uzaqlaşıb.
Modern.az-ın məlumatına görə, həkimlər aktrisaya səhnəyə çıxmaq qadağası qoyublar.
Belə ki, o, uzun müddət səhnədən uzaqlaşmalı, ev şəraitində dincəlməlidir.
Artıq bir neçə aydır ki, aktrisanı heç bir tamaşada görmürük.
Modern.az-ın əməkdaşı Xalq artistinin səhhəti və yenidən nə vaxt səhnəyə qayıdacağı ilə maraqlanıb.
Afaq Bəşirqızı saytımıza bildirib ki, həkimlər hələ ki, onun səhnəyə çıxmasını məsləhət görmürlər. Afaq Bəşirqızı üçün qəribsəyən səhnəmiz hələ bir müddət də bu ayrılığa dözməyə məcbur olacaq. Xalq artisti onu da bildirib ki, qısamüddətli fasilədən sonra səhnəyə qayıdışı milli bayramımız Novruzda ola bilər:
“Hələ bir müddət də bu vəziyyət davam edəcək. Çünki həkimlər səhhətimlə bağlı səhnəyə çıxmağı məsləhət bilmirlər. Ümumiyyətlə mənim heç olmazsa həftədə bir dəfə ərimlə bazara getməyə ixtiyarım var ya yox? On səkkiz illik stajımda mənə də istirahət lazımdır ya yox? (gülür). Ona görə də hələ ki, istirahət edirəm. İnşallah qısamüddətli fasilədən sonra milli bayramımız-Novruzda səhnəyə qayıdacam”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR