Vətəninfo.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin "Natavan" klubunda qurbətdə yaşayan şairə Afaq Şıxlının "Ömrümün beşinci fəsli" adlı kitabının təqdimatı keçirilib. Afaq Şıxlı xeyli müddətdir ki, Moskvada yaşayır. İxtisasca həkim olan Afaq xanım neçə-neçə maraqlı şeir kitabının müəllifidir. Bir çox tanınmış şair, yazıçı və media nümayəndələrinin qatıldığı tədbiri AYB-nin mətbuat katibi, şair Xəyal Rza açdı. Daha sonra AYB katibinin birinci muavini, şair Fikrət Qoca, "Azərbaycan" jurnalının redaktoru İntiqam Qasımzadə, şair Qulu Ağasəs çıxış etdilər. Tədbirə qatılan Fəridə Ləman, Nəcibə İlkin, Ülkər Atəş, İbrahim İlyaslı, Əkbər Qoşalı və digər qonaqlar da Afaq Şıxlının ədəbi yaradıcılığı barədə söz açaraq şairəni təbrik etdilər. Tədbirin sonunda Afaq Şıxlı tədbir iştirakçılarına öz kitabını təqdim etdi.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR