Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib. İclasda Topaz Premyer Liqasının XXXV turunun “Simurq” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Bundan başqa əvəzedici heyətlərin XXXV turunun “İnter” – “Qəbələ” matçının 71-ci dəqiqəsində “İnter” klubunun 24 №-li futbolçusu Fuad Bayramov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Əvəzedici heyətlərin XXXV turunun “Bakı” – AZAL matçının 84-cü dəqiqəsində “Bakı” klubunun 19 №-li futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Azərbaycan I Divizionunun XXIX turunun “Karvan” – “Turan-T” matçının 70-ci dəqiqəsində “Karvan” klubunun 3 №-li futbolçusu Cavid Heydərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
Azərbaycan I divizionunun XXX turunun “Araz Naxçıvan” – “Energetik” matçının 90-cı dəqiqəsində “Energetik” klubunun 15 №-li futbolçusu Kamran Lalayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Vətəninfo.az