"Aİ-92" markalı benzinin qiyməti artacaq? - Açıqlama

""Aİ-92" markalı benzinin qiymətinin yaxın gələcəkdə qalxacağı ilə bağlı proqnoz vermək çətindir"

Bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, əgər "Aİ-92" markalı benzinin qiyməti qalxarsa, bu bir başa digər xərclərin qalxmasına təsir edəcək:

"Dərhal dizel yanacağı, aqrar sektor və nəqliyyatda xərclərin artmasına səbəb olacaq. Xərclərin artması isə istehlak bazarında yeni qiymət artımına gətirib çıxardacaq. Bu baxımdan "Aİ-92" markalı benzinin qiyməti ilə bağlı hansı qərarın verilməsini müəyyənləşdirmək çətindir. Çünki bu inzibati, bazar qiyməti ilə tənzimlənən qərardır.”

Vüqar Bayramovun fikrincə, belə vəziyyətdə "Aİ-92" markalı benzinin qiymətinin qalxmasına ehtiyac görmədiyini deyib:

"Çünki bu qərar ərzaq və kənd təsərrüfatı məhsullarının da qiymətini artıracaq.” (aznews.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az